florum.az - Florum

Example domain paragraphs

“Florum” MMC Azərbaycanda fəaliyyət göstərən Holland texnologiyaları ilə tülpanların yetişdirilməsini və topdan satışını həyata keçirən ilk yerli şirkətdir. Şirkətimiz 2020-ci ildən etibarən fəaliyyət göstərir. Biz, Hollandiyanın qabaqcıl şirkətlərindən tülpan soğanlarını idxal edir və onların yetişdirilməsini həyata keçiririk. Hazırda 50-dən çox tülpan növünün yetişdirilməsini xarici aqronomların iştirakı ilə həyata keçiririk.

Biz, 2020-ci ildə ölkəmizdə tülpana olan tələbatın təqribən 70%-ini yerli istehsalımızın gücü ilə təmin etmişik. Məqsədimiz isə bu sahədə idxaldan asılılığın azaldılması və növbəti illərdə yerli məhsullarımızın xarici bazarlara ixracının təmin edilməsidir.