telimat.edu.az - Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ b

Example domain paragraphs

Ümumtəhsil müəssisələrinin direktorları Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə işə təyin edilir ( “ Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.13 və 30.2-ci maddələri ; Azərbaycan Respublikası Təhsil nazirinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” 26.08.2008-ci il tarixli 1019 nömrəli ,  “ Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” 25.01.2011-ci il tarixli, 126 nömrəli və “ Ümumi təh

Ümumi təhsil müəssisələrində işə yeni direktor müavinlərinin (təsərrüfat işləri üzrə direktor müavinləri istisna olmaqla) qəbulu ümumi təhsil müəssisəsində müəllim işləyən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il fasiləsiz pedaqoji stajı olan şəxslərin vəzifədə irəli çəkilməsi, yaxud Təhsil Nazirliyinin razılığı ilə yerli təhsili idarəetmə orqanı tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.  (“ Təhsil haqqında” Azərbaycan Respublika

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Müsabiqədə iştirak etmək üçün Təhsil Nazirliyinin rəsmi İnternet saytında ( www.edu.gov.az ; www.miq.edu.az ) «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsinə daxil olub elektron ərizə doldurulmalıdır. Elektron ərizələ